“Gökdoğan” raketinin mənzili artırılıb

“Gökdoğan” raketinin mənzili artırılıb

Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan “hava-hava” tipli “Gökdoğan” raketinin vuruş mənzili artırılıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir “Haber Global” kanalına müsahibəsi zamanı bildirib.

SSB başqanı təkmilləşdirilmə nəticəsində raketin vuruş mənzilinin 65 kilometrdən 100+ km-ə artırıldığını vurğulayıb.

Qeyd edək ki, “Göktuğ” layihəsi çərçivəsində hazırlanan “Gökdoğan” və “Bozdoğan” “hava-hava” tipli raketlərin cari ilin sonuna kimi Türkiyə Ordusunun inventarına qəbul olunması planlaşdırılıb.

Poliqon.az

CATEGORIES
TAGS