Türkiyədə “Bozdoğan” raketinin atış sınaqları davam etdirilir
Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan “hava-hava” tipli “Bozdoğan” raketinin növbəti atış sınaqları keçirilib.
“Poliqon” xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, atış sınaqları Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları vasitəsiylə yerinə yetirilib.
Qeyd edək ki, “hava-hava” tipli “Bozdoğan” və “Gökdoğan” raketləri Türkiyə HHQ-nin tələblərini ödəmək üçün “Göktuğ” layihəsi çərçivəsində inkişaf etdirilib. Hazırda sınaqları davam edən hər iki raketin cari ilin sonuna kimi Türkiyə HHQ-nin inventarına qəbul olunması gözlənilir.
Bu raketlər Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələrində hazırda istifadə olunan ABŞ istehsalı AIM-120 AMRAAM və AIM-9 “Sidewinder” raketlərini əvəz edəcək.