Gürcüstanda PUA istehsal edəcək zavodun tikintisi başa çatmaq üzrədir

Gürcüstanda PUA istehsal edəcək zavodun tikintisi başa çatmaq üzrədir

Gürcüstan və Polşanın birgə konsorsiumu olan “Delta-Webe” şirkətinin pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək zavodunun tikintisi başa çatmaq üzrədir.

“Poliqon” xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Gürcüstan müdafiə naziri Cuanşer Burçuladze tikintisi son mərhələdə olan PUA zavoduna baş çəkib və aparılan işlərlə tanış olub.

Nazir qeyd edib ki, yaxın zamanlarda fəaliyyətə başlayacaq müssəsisədə Gürcüstan istehsalı olan PUA-lar buraxılacaq.

“Delta-Webe” şirkəti Gürcüstanın “Delta” Elmi Hərbi-Texniki Mərkəzi ilə Polşanın “WB Electronics” şirkəti arasında imzalanan müqavilə əsasında qurulub. Bu müəssisədə gürcü və polşalı mütəxəssislər pilotsuz uçuş aparatlarının istehsalı məsələsində birgə çalışacaqlar.

Hərbi sənayenin inkişafı məqsədiylə “Delta-Webe” ilə Gürcüstan Müdafiə Nazirliyi arasında regionda ilk PUA-ların tədris mərkəzinin açılmasını nəzərdə tutan saziş imzalanıb. Mərkəzin peşəkar təlimatçıları Müdafiə Qüvvələrinin müvafiq şəxsi heyətini yenidən hazırlayacaqlar.

Poliqon.az

CATEGORIES
TAGS