İtaliyanın 155 mm-lik PzH 2000 ÖAQ-ları Ukraynada döyüşlərdə istifadə olunur
İtaliya hərbi yardım çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə 155 mm-lik PzH 2000 özüyeriyən artilleriya qurğularını (ÖAQ) təhvil verib.
“Poliqon” xəbər verir ki, bununla bağlı Ukraynanın yerli mətubat orqanları tərəfindən məlumat yayılıb.
Məlumatda bildirilib ki, İtaliyadan təhvil alınan 155 mm-lik PzH özüyeriyən haubitsaları artıq döyüşlərdə aktiv şəkildə istifadə olunur və onlar Ukraynanın 43-cü Artilleriya Briqadasının ixtiyarına verilib.
1998-ci ildə “Krauss-Maffei Wegmann” (KMW) konserni tərəfindən hazırlanan PzH 2000-in silahlanmasına 155 mm-lik L52 topu və 7,62 mm çaplı MG3 pulemyotu daxildir.
ÖAQ naviqasiya, avtomatlaşdırılmış atəşi idarəetmə, avtomatik doldurma, kütləvi qırğın silahlarından mühafizə, yanğın aşkaretmə və avtomatik yanğınsöndürmə sistemləri ilə təchiz olunub.
Döyüş kütləsi 55,3 ton PzH 2000 30-50 km-ə qədər məsafələrdə 9 saniyəyə 3 və ya 56 saniyəyə 10 atəş açmaq imkanına qadirdir.