Almaniya Cənubi Kiprə H145M helikopterinin satışını təsdiqləyib

Almaniya Cənubi Kiprə H145M helikopterinin satışını təsdiqləyib

Almaniya hökuməti Cənubi Kiprə 12 ədəd H145M helikopterinin satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə Almaniyanın yerli mediası məlumat yayıb.

Bildirilib ki, Cənubi Kipr tərəfindən satınalınacaq bu çoxməqsədli helikopterlər həm döyüş, həm də nəqliyyat və müşahidə əməliyyatlarının yerinə yetirilməsi üçün istifadə olunacaq.

“Airbus” şirkətinin “Airbus Helicopters” bölməsinin istehsal etdiyi H145M helikopteri mülki məqsədlər üçün istifadə olunan H145-in hərbi təyinatlı versiyasıdır. Helikopterin maksimum sürəti 240 km/saat, uçuş mənzili 638 kilometr və havada qalma müddəti əlavə yanacaq çəni olmadan 3 saat 32 dəqiqədir.

Maksimum qalxış ağırlığı 3800 kiloqram olan H145M-in faydalı yük daşımaq bacarığı 1905 kq təşkil edir. Helikopter ikisi ekipaj üzvü olmaqla ümumilikdə 12 personalı daşımaq imkanına malikdir.

Poliqon.az

CATEGORIES
TAGS