Bundesver əlavə PzH 2000 ÖAQ və “Leopard 2A8” tankı alır

Bundesver əlavə PzH 2000 ÖAQ və “Leopard 2A8” tankı alır

Almaniya Silahlı Qüvvələri (Bundesver‎) “Krauss-Maffei Wegmann” (KMW) şirkətinə əlavə “Leopard 2A8” tankı və PzH 2000 özüyeriyən artilleriya qurğusu (ÖAQ) sifariş edib.

“Poliqon” xəbər verir ki, bu barədə “Krauss-Maffei Wegmann” şirkəti məlumat yayıb.

Bildirilib ki, 18 ədəd “Leopard 2A8” tankının satın alınması üçün Bundesverin Avadanlıqlar, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək Federal İdarəsi (BAAINBw) ilə şirkət arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, bu tankların Almaniya Silahlı Qüvvələrinə təhvil verilməsinə 2025-ci ildən başlanması planlaşdırılıb. Razılaşmada 105 ədəd “Leopard 2A8” tankının tədarükünü nəzərdə tutan əlavə satınalma maddəsi də yer alıb.

Bundan başqa, KMW şirkətinə 12 ədəd PzH 2000 ÖAQ sifariş edilib ki, bu da cari ilin mart ayında tərəflər arasında bağlanan sazişin əlavə satınalma maddəsi əsasında yerinə yetirilib.

Həmin razılaşmaya görə, Almaniya Silahlı Qüvvələrinin artilleriya bölmələri üçün ilkin mərhələdə 184 milyon avro dəyərində 10 ədəd PzH 2000-nin satın alınması nəzərdə tutulmuşdu.

Leopard 2A7

Poliqon.az

CATEGORIES
TAGS