ABŞ B-52 bombardmançı təyyarələrini təkmilləşdirir

ABŞ B-52 bombardmançı təyyarələrini təkmilləşdirir

“Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus B-52 bombardmançı təyyarələrini təkmilləşdirir.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, Radar Modernləşdirmə Proqramı (RMP) çərçivəsində təkmilləşdiriləcək ilk B-52 təyyarəsi artıq şirkət tərəfindən təhvil alınıb.

Şirkətin bildirdiyinə görə, RMP proqramı B-52 bombardmançılarına “qırıcıya bənzər” radar imkanları qazandıracaq, onların naviqasiya dəqiqliyini, hədəf seçmə və izləmə qabiliyyətini artıracaq, habelə yüksək keyfiyyətə malik xəritələşdirməni təmin edəcək. Bundan başqa, yeni radar bombardmançı təyyarələrə eyni anda bir neçə hədəfi vurmağa da imkan verəcək.

Qeyd edək ki, B-52-nin modernləşdirilməsi üzrə işlər “Boeing”in Oklahoma Siti və San Antonio şəhərlərində yerləşən müəssisələrində aparılacaq.

Poliqon.az

CATEGORIES
TAGS