ABŞ Almaniyaya 8.5 milyard dollarlıq helikopter satışını təsdiqləyib

ABŞ Almaniyaya 8.5 milyard dollarlıq helikopter satışını təsdiqləyib

ABŞ hökuməti 8.5 milyard dollar dəyərində CH-47F “Chinook” ağır nəqliyyat helikoperlərinin Almaniyaya satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, bu sifarişə 60 ədəd CH-47F Blok II helikoperinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi aiddir.

Bundan başqa sifarişə daxildir:

  • 140 ədəd T-55-GA-714A mühərriki (120 quraşdırılmış, 20 ehtiyat);
  • 72 ədəd AN/AAR-57 raket xəbərdarlıq sistemi (CMWS) (60 quraşdırılmış, 12 ehtiyat);
  • 284 ədəd AN/ARC-231A COMSEC (Communications Security) radiosu (240 quraşdırılmış, 44 ehtiyat);
  • AN/AVR-2B lazer aşkarlama dəstləri;
  • AN/APR-39C(V)1 radar aşkarlama dəstləri;
  • AN/ARC-220 yüksək tezlikli (HF – high frequency) ECCM (electronic counter-countermeasures) radiolar;
  • Rəqəmsal qabaqcıl uçuş idarəetmə sistemləri (DAFCS);
  • AN/APX-123A dost-düşmən tanıma sistemləri;
  • AN/ARN-153 taktik hava naviqasiya sistemləri (TACAN);
  • hava məlumat kompüterləri;
  • AN/AVS-6 gecəgörmə cihazları (NVD) və s.

Sifariş ilə bağlı baş podratçı rolunda CH-47F “Chinook” ağır nəqliyyat helikoperlərinin istehsalçısı olan ABŞ-ın “Boeing” şirkəti çıxış edəcək.

DSCA-nın məlumatında qeyd olunub ki, bu satış Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün mühüm qüvvə olan NATO müttəfiqi Almaniyanın təhlükəsizliyini yaxşılaşdırmaqla ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək.

“Boeing”in istehsal etdiyi CH-47F “Chinook” hazırda dünya ölkələri tərəfindən ağır nəqliyyat helikopteri seqmentində çox tələb görən platformalardandır. Onun heyəti 2-3 nəfər (pilot, bort-texnik və ya komandir), sərnişin tutumu isə 33-55 əsgər və ya 2 müşayiətçi ilə 24 yataq xəstəsidir. Helikopterin boş kütləsi 12210 kq, normal uçuş kütləsi 22680 kq, maksimal uçuş kütləsi 24494 kq və faydalı yükünün kütləsi 12284 kiloqramdır.

Maksimal uçuş sürəti 285 km/saat, kreyser sürəti 259 km/saat, döyüş radiusu 935 km və praktiki uçuş tavanı 3090 metr olan CH-47F helikopteri 3 ədəd 7.62 mm-lik pulemyotla silahlandırılıb.

Poliqon.az

CATEGORIES
TAGS