ABŞ Avstraliyaya UH-60M helikopterləri tədarük edəcək

ABŞ Avstraliyaya UH-60M helikopterləri tədarük edəcək

ABŞ-ın “Sikorsky” şirkəti Avstraliya Hərbi Hava Qüvvələrinə (HHQ) 40 ədəd çoxməqsədli UH-60M “Black Hawk” helikopteri tədarük edəcək.

“Poliqon” “Lockheed Martin” şirkətinə istinadən xəbər verir ki, bunun üçün Avstraliya və ABŞ hökumətləri arasında 1.95 milyard dollar dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Sikorsky” şirkətinin 40 ədəd UH-60M helikopterinin Avstraliya HHQ-ə çatdırılmasına cari ilin birinci rübündən başlaması planlaşdırılıb.

Bildirilib ki, alınan yeni nəsil “Black Hawk”lar Avstraliya HHQ-nin aviasiya parkındakı köhnə çoxməqsədli helikopterləri əvəz edəcək.

“Lockheed Martin” konserinin tərkibinə daxil olan “Sikorsky” şirkəti tərəfindən istehsal edilən “Black Hawk” helikopterləri başda ABŞ Silahlı Qüvvələri olmaqla bir çox ölkənin Hərbi Hava Qüvvələri tərəfindən geniş şəkildə istifadə edilir.

Poliqon.az

CATEGORIES
TAGS