ABŞ Azərbaycana sərhəd təhlükəsizliyi üçün skanerlər verəcək -ÖZƏL

ABŞ Azərbaycana sərhəd təhlükəsizliyi üçün skanerlər verəcək -ÖZƏL

ABŞ-da fəaliyyət göstərən “Smiths Detection” şirkəti Azərbaycana yeni nəsil x-ray skanerləri ixrac edəcək.

Bu barədə “AzeriDefence”yə “Smiths Detection” şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, Azərbaycanın sərhəd mühafizəsinin gücləndirilməsinə yardım proqramı çərçivəsində Dövlət Departamenti tərəfindən “Smiths Detection” şirkəti 2019-cu ilin ortalarında 16.3 milyon dollarlıq müqavilə ilə təltif olunub.

Layihə çərçivəsində “Smiths Detection” şirkəti 2021-ci ilin sentyabr ayının sonunadək Azərbaycan Dövlət Gömrük Komitəsi üçün x-ray skanerlərinin quraşdırılması, ehtiyat hissələri, təlim, uzun müddətli zəmanət və texniki dəstək təmin edəcək.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi 2013-cü ildə “Smiths Detection” şirkəti ilə yük skanerlərinin alınmasına dair 17 milyon dollar dəyərində müqavilə imzalayıb.

 

CATEGORIES
TAGS