ABŞ “BAE Systems” şirkətindən amfibiya döyüş maşınları alır

ABŞ “BAE Systems” şirkətindən amfibiya döyüş maşınları alır

ABŞ Dəniz Piyadaları Korpusu Böyük Britaniyanın “BAE Systems” şirkətindən 14 ədəd qabaqcıl amfibiya döyüş maşınının (Amphibious Combat Vehicle/ACV) alınması üçün müqavilə imzalayıb.

“Poliqon”un məlumatına görə, müqavilənin ümumi dəyəri 89,5 milyon ABŞ dolları təşkil edib.

Müqaviləyə əsasən, rəqəmsal yaddaşa sahib olacaq ACV-lərdə ən müasir sensorlar və vetroniklər yerləşdiriləcək.

ACV-lər düşmənin döyüş maşınlarını məhv edə, dəniz piyadalarına birbaşa atəş dəstəyi verə və 13 nəfərə qədər hərbçi daşıya bilər.

Təkərli döyüş maşını 19,3 kilometr məsafədən sahilə üzə və sürətlə dənizdən quru əməliyyatlarına keçə bilər. Döyüş maşını dənizdə üç futa qədər yüksək dalğalarda saatda maksimum 14 kilometr/9,2 mil sürətə malikdir.

Yeni ACV-lər ABŞ ordusunun arsenalında yer alan köhnəlmiş amfibiya hücum maşınları parkını əvəz edəcək.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS