ABŞ Çexiyaya 5.6 milyard dollarlıq F-35 satışını təsdiqləyib

ABŞ Çexiyaya 5.6 milyard dollarlıq F-35 satışını təsdiqləyib

ABŞ hökuməti Çexiyaya 5.6 milyard dollar dəyərində 5-ci nəsil F-35 döyüş təyyarələrinin satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 24 ədəd F-35 qırıcısı ilə lazımi avadanlıqların və sursatların satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi aiddir.

Həmçinin, sifarişə daxildir:

  • 25 ədəd “Pratt and Whitney” F135-PW-100 mühərriki (24 quraşdırılmış, 1 ehtiyat);
  • 70 ədəd “hava-hava” tipli AMRAAM raketi (AIM-120C-8 versiya);
  • 86 ədəd GBU-53/B Small Diameter Bombs II (SDB II) aviasiya bombası;
  • 12 ədəd Mk-84 aviasiya bombası və s.

Sifariş ilə bağlı baş podratçı rolunda ABŞ-ın “Lockheed Martin”, “Raytheon Missiles and Defense” və “Boeing” şirkətləri çıxış edəcək.

Qeyd olunub ki, sözügedən satış həm Çexiyanın müdafiə qabiliyyətini təkmilləşdirəcək, həm də regiondakı NATO əməliyyatlarına dəstək verəcək.

Poliqon.az

CATEGORIES
TAGS