
“Honeywell International” şirkəti ABŞ Ordusuna məxsus CH-47 “Chinook” ağır nəqliyyat helikopterlərində istifadə olunan T-55 mühərriklərinin texniki xidməti və əsaslı təmirini həyata keçirəcək.
“Poliqon” xəbər verir ki, bunun üçün şirkət ABŞ Ordusu tərəfindən 248.9 milyon dollar dəyərində müqaviləyə layiq görülüb.
Müqavilə mühərriklərin davamlı döyüş hazırlığını təmin etmək, həmçinin texniki xidmət və əsaslı təmir sahəsində mümkün tədarük boşluğunun qarşısını almaq məqsədi daşıyır. Müqavilə üzrə işlərin 19 may 2029-cu il tarixinədək başa çatdırılması planlaşdırılır.




