ABŞ dəniz piyadaları 2021-ci ilədək yeni qumbaraatanla təchiz olunacaq

ABŞ dəniz piyadaları 2021-ci ilədək yeni qumbaraatanla təchiz olunacaq

ABŞ dəniz piyadaları 2021-ci ilədək M320 yeni lüləaltı qumbaraatanla tam şəkildə təchiz olunacaq.

“AzeriDefence”nin xarici hərbi mediaya istinadən verdiyi məlumata görə, M4A1 hücum tüfənginin dəstinə daxil edilən M320 həm lüləaltı qumbaraatan, həm də müstəqil silah kimi istifadə edilə bilir.

ABŞ Ordusunun silahlanmasında 1969-cu ildən yer alan M203 lüləaltı qumbaraatanının M320 ilə əvəz edilməsinə 2009-cu ildə başlanıb.

Almaniyanın “Heckler and Koch” şirkətinin hazırladığı M320 qumbaraatanının köhnə M203 qumbaraatanından bir sıra fərqləri var. M203-ə qumbaralar atıcı qurğu aşağı doğru, M320-də yana açılmaqla daxil edilir. M320 daha uzun ölçülü qumbaraları, xüsusən termobarik və işıq qumbaralarından istifadəyə imkan verir.

Hazırda dəniz piyadalarında 13 nəfərlik heyətə 3 qumbaraatan təhkim olunur.

CATEGORIES
TAGS