ABŞ Dəniz Qüvvələri İtalya freqatını seçdi
“Fincantieri” tərsanəsinin törəmə müəssisəsi olan “Marinette Marine Corporation” şirkəti ABŞ Dəniz Qüvvələrinin İdarə Olunan Raket Freqatı (Guided Missile Frigate – FFG (X)) proqramının qalibi elan edilib.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Marinette Marine Corporation” (MMC) şirkəti məlumat yayıb.
ABŞ-ın çox sayda tərsanəsinin də qatıldığı tenderə MMC şirkəti FREMM dizaynını təklif edib.
Müqavilə çərçivəsində ABŞ Dəniz Qüvvələri üçün 10 gəminin inşası, habelə təhvil verilmiş gəmilərə texniki dəstək, ekipajın təlimləri və s. daxildir. Müqavilənin məcmu dəyəri 5.5 milyard dollar təşkil edəcək.
“Təxminən iki il əvvəl bu yola çıxaraq ABŞ-ın təcrübəli gəmiqayırma sənayesində yeni fikirlərə, yeni platformalara və yeni tərəfdaşlar yer olduğu imanı ilə gəldik. Seçilməyimiz də bu düşüncəni təsdiqləyir”, – deyə “Fincantieri Marine Group”un baş direktoru Dario Dest bildirib.
ABŞ Dəniz Qüvvələri gələcək gəmi proqramları çərçivəsində 20 gəmi inşasını planlaşdırır.