ABŞ-da drona qarşı Block 2+ “Coyote” kamikadze-dronu yaradılıb
“Raytheon” şirkəti “YouTube” kanalında yayımlanan yeni videoçarxda Block 2+ “Coyote” süzən döyüş sursatının fəaliyyətini nümayiş etdirib.
Bu barədə “Poliqon” “Raytheon Missiles & Defense” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.
Videoçarxda müxtəlif platformalardan kamikadze dronların buraxılması, eləcə də aşağı və yüksək hündürlüklərdə müxtəlif ölçülü hava hədəflərinin məhv edilməsi əks olunub. Gələcəkdə bu sursatlar qısa mənzilli hava hücumundan müdafiə sistemini tamamlaya bilər.
Qeyd edək ki, “Raytheon Missiles & Defence” şirkəti ABŞ Ordusunun kompleks atəş və əməliyyat imkanları idarəsi ilə əməkdaşlıqda 10 günlük uçuş sınaq dövründə bir neçə pilotsuz aviasiya sisteminə qarşı Block 2+ “Coyote” süzən döyüş sursatının imkanlarını uğurla nümayiş etdirib. Sınaqlarda ölçüləri və diapazonu müxtəlif olan bütün dron sürülərini aşkar etmək və məhv etmək üçün KuRFS dəqiq tuşlama radarı və Ku-720 mobil zondlama radarı ilə “Coyote®” tutucularının variantlarından istifadə edilib.
Əhəd Əzizov