ABŞ-da HAWC hipersəsli raketin sınaqları baş tutub

ABŞ-da HAWC hipersəsli raketin sınaqları baş tutub

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) “Raytheon Technologies” şirkətinin inkişaf etdirdiyi HAWC hipersəsli raketin sınaqlarını keçirib.

“Poliqon” ABŞ Müdafiə Nazirliyinin Perspektiv Müdafiə Layihələri Agentliyinin (Defense Advanced Research Projects Agency – DARPA) mətbuat xidmətinə istinadən xəbər verir ki, sınaqların məqsədləri daşıyıcı təyyarədən təhlükəsiz ayrılma, daşıyıcı raketin işə düşməsi və sürətlənməsi, daşıyıcı raketin və start mühərrikinin ayrılması və kreyser uçuşunun yoxlanması idi.

Sınaqların bütün əsas vəzifələri tamamlanıb.

Qeyd edək ki, HAWC (Hypersonic Air-breathing Weapon Concept) ABŞ Müdafiə Nazirliyinin hipersəsli silahlar yaratmaqdan ötrü başlatdığı çoxsaylı proqramlarından biridir. Bundan əvvəl ABŞ HHQ ARRW (Air-Launched Rapid Response Weapon) hipersəsli raketin iki uğursuz sınağını həyata keçirib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS