ABŞ-da HIMARS YARS-ların istehsalı artırılır

ABŞ-da HIMARS YARS-ların istehsalı artırılır

ABŞ-ın “Lockheed Martin” şirkəti yüksək tələbatlı sistem və raketlərin istehsalını artırır.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, istehsalı artırılacaq məhsullar sırasına HIMARS yaylım atəşli reaktiv sistem (YARS), “Javelin” tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi, GMLRS raketi, PAC-3 raketi və s. daxildir.

Bildirilib ki, şirkət 2024-cü ildə HIMARS YARS-ların istehsalını 2 dəfə artıracaq və 10 mindən çox GMLRS raketi təhvil verəcək.

Həmçinin “Lockheed Martin” şirkətinin illik “Javelin” istehsalını 2400 ədədə çatdırdığı qeyd olunub.

CATEGORIES
TAGS