ABŞ-da “Javelin” tank əleyhinə raketlərinin istehsalı artırılır

ABŞ-da “Javelin” tank əleyhinə raketlərinin istehsalı artırılır

ABŞ-ın “Lockheed Martin” şirkəti “Javelin” tank əleyhinə raketlərinin istehsal həcmini artırır.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, hazırda “Javelin” raketinin illik istehsal həcmi 2400 ədəddir və 2026-cı ilin sonuna kimi bu sayın illik 3960 ədədə çatdırılması planlaşdırılır.

Qeyd olunub ki, artan istehsal sürətini dəstəkləmək üçün “Javelin” komandası yeni alət və sınaq avadanlıqlarından istifadə edir, istehsal xəttinin səmərəliliyini artırır və mövcud təchizat zənciri ilə əməkdaşlığını davam etdirir.

CATEGORIES