ABŞ-da M2 “Bradley” PDM-i əvəz edəcək döyüş maşınına tələblər müəyyənləşib

ABŞ-da M2 “Bradley” PDM-i əvəz edəcək döyüş maşınına tələblər müəyyənləşib

ABŞ Ordusunda M2 “Bradley” piyada döyüş maşınının (PDM) əvəzinə yeni PDM üçün əsas tələblər artıq müəyyənləşdirilib.

“Poliqon” xəbər verir ki, 2022-ci ildə ABŞ ordusu üçün zirehli texnikanın dəyişdirilməsi ilə bağlı mühüm qərarlar veriləcək.

1981-ci ildən istismarda olan “Bradley” zirehli tırtıllı maşın artıq “təqaüdə” çıxmağa hazırlaşır. Bir neçə şirkət eyni anda “Optionally Manned Fighting Vehicle” (OMFV) proqramının bir hissəsi olaraq onun əvəzedicisini hazırlayır. Onların hamısı hansının 2023-cü ildə ABŞ Ordusu tərəfindən seçiləcəyini gözləyir.

ABŞ Ordusuna heyətin idarə edə bildiyi və ya komanda maşını tərəfindən məsafədən idarə oluna bilən maşın lazımdır. O, yerüstü nəqliyyat vasitələri şəbəkəsinin bir hissəsi kimi fəaliyyət göstərəcək bort sensorları və kommunikasiya platformaları ilə təchiz ediləcək. Söhbət əslində şəbəkə mərkəzli platformadan gedir.

Bundan əvvəl ABŞ-da OMFV-nin hazırlanması üzrə müsabiqədə iştirak etmək üçün beş yerli və Avropa müdafiə şirkətinin seçildiyi bildirilib.

Layihə variantlarını nəzərdən keçirərkən, o dövrdə əsas prioritet olan yeni PDM-in təyyarə ilə daşınmasının mümkünlüyü barədə irəli sürülmüş tələbin maşının sağ qalma qabiliyyətinin artırılması tələbinə əvəz etmək qərara alınıb. İkinci yerə onun manevr qabiliyyəti qoyulub. Eyni zamanda, zirehli maşının çəkisinə və müvafiq olaraq manevr qabiliyyəti baxımından xüsusiyyətlərinə birbaşa təsir edən zirehli müdafiə səviyyəsi məsələsi hələ də həllini tapmayıb.

Əhəd əzizov

Poliqon.az

CATEGORIES
TAGS