
ABŞ HDQ MQ-25 “Stingray” PUA-YD-in istismara verilmə vaxtını açıqlayıb
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün hazırlanmış MQ-25 “Stingray” göyərtə pilotsuz uçuş aparatı-yanacaqdolduranın (PUA-YD) aviadaşıyıcıların aviaqanadına inteqrasiyası 3-4 ildən sonraya planlaşdırılıb.
Bu barədə “Poliqon” ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, bu günə qədər, “Boeing” şirkəti tərəfindən ABŞ HDQ “Carrier-Based Aerial-Refueling System” proqramı çərçivəsində hazırlanmış MQ-25 “Stingray” PUA-YD-in ilkin sınaqlarını başa çatdırıb, F/A-18 “Hornet” və F-35C qırıcılarına yanacaq ötürüb. Həmçinin E-2D “Advanced Hawkeye” uzun mənzilli radiolokasiya aşkaretmə təyyarəsinə əlavə yanacaq doldurub (həmçinin bax: ABŞ HDQ “uçan çəni” sınaqdan keçirir)
Bundan başqa, prototip “USS George HW Bush” aviadaşıyıcı gəmisinin göyərtəsində bir sıra qaçışlar yerinə yetirib.
Məlumatda qeyd olunub ki, növbəti mərhələ PUA-YD-nin aviadaşıyıcıdan 500 mil-ə qədər məsafədə uçuşlarla sınaqdan keçirilməsi olacaq. ABŞ HDQ sınaq proqramını tam açıqlamır, lakin bildirilib ki, MQ-25 “Stingray” PUA-YD-nin 2026-cı ildən tez istifadəyə verilməsi planlaşdırılmır. PUA-YD üçün platforma kimi “USS Theodore Roosevelt” aviadaşıyıcısı çıxış edəcək.
Xatırladaq ki, ötən ilin sentyabrında “Boeing” şirkəti MQ-25 “Stingray” göyərtə PUA istehsalı üçün xüsusi zavod tikmək niyyətində olduğunu bəyan edib. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, zavod 2024-cü ildə ilk aparatların istehsalına başlayacaq.
ABŞ HDQ nümayəndələrinin sözlərinə görə, sınaqlar başa çatdıqdan sonra MQ-25 “Stingray” PUA-YD göyərtə aviasiyasının aviaqanadının dördüncü və beşinci nəsil bütün təyyarələrinin havada yanacaqla doldurulması kimi ən mühüm funksiyanı yerinə yetirə biləcək. Eyni zamanda, daha sonra komandanlıq yanacaqdolduranın yaradılmasına başlanılan göyərtə PUA-nın zərbə versiyasının yaradılmasına qayıtmağı planlaşdırır.
Ümumilikdə, ABŞ HDQ 72 ədəd MQ-25 “Stingray” PUA-YD almağı planlaşdırıb və onların alınması üçün ümumilikdə təxminən 13 milyard ABŞ dolları büdcə ayırır. Bu satınalma, digər təyyarələrə yanacaq dolduran F/A-18F “Super Hornet” parkının yükünü yüngülləşdirmiş olacaq.
Əhəd Əzizov