ABŞ-da “Tamir” raketləri istehsal olunacaq

ABŞ-da “Tamir” raketləri istehsal olunacaq

“Raytheon” və “Rafael” şirkətlərinin birgə müəssisəsi olan R2S ABŞ-ın Arkanzas ştatının East Camden şəhərində “Tamir” raketlərini istehsal edəcək zavodun tikintisinə başlayıb.

“Poliqon” “The Defense Post” nəşrinə istinadən xəbər verir ki, zavodda istehsal ediləcək “Tamir” zenit idarə olunan raketləri (ZİR) ABŞ və İsrailin ehtiyaclarını qarşılayacaq.

“Tamir” raketləri İsrailin “Rafael” şirkətinin hazırladığı “Iron Dome” (“Dəmir Qübbə”) hava hücumundan müdafiə sistemi tərəfindən istifadə olunur. “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin effektiv mənzili minimum 4 km və maksimum 70 km-dir. Hər bir batareya 150 kvadrat kilometr ərazini qoruya bilir.

Hazırda “Dəmir Qübbə” HHM sistemi yalnız İsrail və ABŞ Silahlı Qüvvələri tərəfindən istismar edilir.

CATEGORIES
TAGS