ABŞ-da UH-60A “Black Hawk” helikopteri ilk pilotsuz uçuşunu yerinə yetirib

ABŞ-da UH-60A “Black Hawk” helikopteri ilk pilotsuz uçuşunu yerinə yetirib

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Layihələri Agentliyi (Defense Advanced Research Projects Agency – DARPA) UH-60A “Black Hawk” helikopterinin ilk tam avtonom uçuşunu əks etdirən videoçarxı təqdim edib.

“Poliqon” ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Layihələri Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, eksperimental UH-60A “Black Hawk” helikopteri ALIAS sistemi (Aircrew Labor In-Cockpit Automation System) ilə təchiz olunub. Pilot avtomatik rejimi işə salaraq (aktivləşdirərək) kabinanı tərk edib. Bundan sonra helikopter müstəqil şəkildə uçuşqabağı hazırlıq keçmiş, səmaya qalxmış, həmçinin operatorun nəzarəti altında yarım saatlıq avtonom uçuş və eniş həyata keçirilib.

Qeyd etmək lazımdır ki, bu UH-60A “Black Hawk” helikopterinin ALIAS sisteminin nəzarəti altında ilk uçuşu deyil. Lakin, ilk dəfədir ki, maşın içəridə bir nəfər də olmadan uçur. “Black Hawk” helikopterinin pilotsuz versiyası “Sikorsky MATRIX” inkişafının təkmilləşməsidir və ALIAS layihəsinin bir hissəsi olan fly-by-wire texnologiyası əsasında işləyir.

“Sikorsky” şirkəti qeyd edir ki, inkişaf istənilən kombinasiyada istifadə oluna bilər: iki pilotla, bir pilotla və ya ümumiyyətlə idarəetmə kabinasında insan olmadan. Avtonom uçuş operator tərəfindən əvvəlcədən proqramlaşdırıla və ya uzaqdan idarə oluna bilər.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS