ABŞ dəniz piyadaları üçün yeni döyüş maşını
ABŞ-ın “Lockheed Martin” şirkəti dəniz piyadaları üçün yeni döyüş maşınını nümayiş etdirib.
“AzeriDefence”nin məlumatına görə, şirkət yeni məhsulunu – “Amphibious Combat Vehicle” (ACV) adlı döyüş maşınını ABŞ-ın Virdjiniya ştatında keçirilən sərgidə təqdimata çıxarıb.
Maşın 8х8 formulalı şassidə yaradılıb və 13 hərbçini aparmaq üçün nəzərdə tutulub. ACV-də partlayışlara qarşı yüksək müdafiə sistemi də qurulub.
Döyüş maşınının istehsalı 1970-ci il istehsalı AAV7A1 zirehli transportyorunun əvəzlənməsi proqramı çərçivəsində həyata keçirilib.


