ABŞ döyüş təyyarələrinin müdafiə qabiliyyəti artırılır

ABŞ döyüş təyyarələrinin müdafiə qabiliyyəti artırılır

Böyük Britaniyanın “BAE Systems” şirkəti ilə ABŞ-ın “Boeing” şirkəti arasında 58 milyon dollar dəyərində müqavilə imzalanıb.

Bu barədə “Poliqon” “BAE Systems” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.

Müqaviləyə əsasən “BAE Systems” ABŞ Hava Qüvvələrinin F-15 döyüş təyyarələrinə inteqrasiya ediləcək “Eagle” Passiv/Aktiv Xəbərdarlıq və Təhlükəsizlik Sisteminin (EPAWSS) aşağı həcmli ilk istehsalına başlayır.

EPAWSS sistemi təkmilləşdirilmiş elektromaqnit imkanlar sayəsində pilotları təhlükələrdən qoruyur və çətin vəziyyətdə pilotlara hava üstünlüyünü qorumağa imkan verir.

Həmçinin EPAWSS sistemi pilotlara hava sahəsində təhdidləri izləməyə, bloklamağa və yayındırmağa şərait yaradır. Bundan əlavə sistem radar xəbərdarlığı, situasiya məlumatlılığı, coğrafi yerləşmə və özünümüdafiə imkanlarını təmin edən multispektral sensorlar və əks tədbirlər, siqnal emalı, mikroelektronika və süni intellek alqoritmlərini özündə birləşdirir.

CATEGORIES
TAGS