ABŞ F-16 Block 70 qırıcılarının Türkiyəyə satışını təsdiqləyib

ABŞ F-16 Block 70 qırıcılarının Türkiyəyə satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 23 milyard dollar dəyərindəki F-16 Block 70 qırıcılarının və təkmilləşdirmə dəstlərinin Türkiyəyə satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə ümumilikdə 40 ədəd yeni F-16 Block 70 qırıcısının (32 ədəd F-16 C Block 70 və 8 ədəd F-16 D Block 70 versiyada) satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi aiddir.

Həmçinin sifarişə daxildir:

  • 149 ədəd AN/APG-83 AESA radarı (99 ədədi təkmilləşdirmə proqramı üçün);
  • 168 elektron müharibə (EW) sistemləri (118 ədədi təkmilləşdirmə proqramı üçün);
  • 858 ədəd LAU-129 idarə olunan raketlər üçün buraxılış qurğusu;
  • 16 ədəd AN/AAQ-33 “Sniper” hədəfləmə podu;
  • 44 ədəd M61 “Vulcan” topu;
  • 952 ədəd AIM-120C-8 raketi;
  • 96 ədəd AGM-88B Yüksək Sürətli Radiasiya Əleyhinə Raket (HARM);
  • 96 AGM-88E Qabaqcıl Radiasiya Əleyhinə İdarə olunan Raket (AARGM);
  • 401 ədəd AIM-9X Block II “Sidewinder” raketi və s.

Qeyd olunub ki, bu sifarişlə bağlı baş podratçı rolunda ABŞ-ın “Lockheed Martin” şirkəti çıxış edəcək.

CATEGORIES
TAGS