ABŞ HDQ “uçan çəni” sınaqdan keçirir

ABŞ HDQ “uçan çəni” sınaqdan keçirir

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) MQ-25A “Stingray” pilotsuz yanacaqdolduranla işləməyi öyrənir.

“Poliqon” xəbər verir ki, ABŞ HDQ Aviasiya Sistemləri Komandanlığı (NAVAIR) ilk prototip “uçan çən”in USS George HW Bush (CVN-77) təyyarədaşıyan gəmisinin göyərtəsinə gətirildiyini açıqlayıb.

ABŞ HDQ bildirir ki, təyyarədaşıyan gəmidən uçuş sınaqları bir az sonra başlayacaq və indi heyətə pilotsuz uçuş aparatı (PUA) ilə işləmək üçün təlim keçəcək. Bundan başqa, MQ-25 mühərrikinin güclü küləklərdə iş qabiliyyəti yoxlanılacaq.

Məlumdur ki, ABŞ HDQ göyərtə əsaslı qırıcıları yanacaqla doldurmaq üçün təkmilləşdirilmiş F/A-18E/F “Super Hornet” qırıcılarından (təyyarələrin ümumi sayının 20-30%-i) istifadə edir. MQ-25 “Stingray” təyyarəsinin aviasiya dəstəsinə əlavə edilməsi döyüş təyyarələrinin təyinatı üzrə istifadəsinə imkan verəcək. PUA F-35 “Lightning II”, F/A-18 “Super Hornet” və EA-18G “Growler” qırıcılarını havada yanacaqla doldura biləcək.

Xatırladaq ki, yeni PUA ABŞ HDQ-nin ehtiyacları üçün UCLASS (unmanned carrier launched airborne surveillance and strike) proqramı çərçivəsində hazırlanır. Əvvəlcə HDQ komandanlığı silahlanmaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün görünməz qalaraq bomba zərbələri endirə bilən pilotsuz görünməz (stels) bombardmançı qəbul etməyi planlaşdırırdı. Əvvəlcə layihə RAQ-25 adlandırılıb, lakin sonra MQ-25 “Stingray” adlandırılaraq pilotsuz yanacaqdolduran kimi təyin olunub (həmçinin bax: (E-2D “uçan radar”ı PUA-ları idarə edəcək MQ-25 PUA havada döyüş təyyarəsini yanacaqla doldurub).

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS