ABŞ hərbi büdcəsini 1.5 trilyon dollara yüksəltməyi planlaşdırır

ABŞ hərbi büdcəsini 1.5 trilyon dollara yüksəltməyi planlaşdırır

ABŞ 2027-ci ildə hərbi büdcəsini 1 trilyon dollardan 1.5 trilyon dollara yüksəltmək istəyir.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında bildirib.

“Senatorlar, konqresmenlər, katiblər və digər siyasi nümayəndələrlə uzun və çətin danışıqlardan sonra qərara gəldim ki, ölkəmizin rifahı naminə, xüsusən də bu çox narahat və təhlükəli dövrlərdə 2027-ci il üçün hərbi büdcəmiz 1 trilyon dollar deyil, 1.5 trilyon dollar olmalıdır. Bu, bizə uzun müddətdir haqqımız olan və daha da əhəmiyyətlisi, düşmənimizdən asılı olmayaraq bizi təhlükəsiz və qorunmuş saxlayacaq “Xəyalımızdakı Ordu”nu qurmağa imkan verəcək”, – deyə ABŞ Prezidenti qeyd edib.

D.Tramp vurğulayıb ki, gömrük rüsumları hesabına əldə olunan nəhəng gəlirlər bu artımı mümkün edir.

CATEGORIES
TAGS