ABŞ hərbiçiləri Kabildə texnikaları yararsız vəziyyətə salıb

ABŞ hərbiçiləri Kabildə texnikaları yararsız vəziyyətə salıb

ABŞ hərbçiləri tələsik təxliyyə səbəbi ilə Əfqanıstanı tərk etməzdən əvvəl Kabil hava limanında helikopterləri, zirehli maşınları və raketdən müdafiə sistemini “Taliban” yaraqlılarının əlinə keçməməsi üçün istismara yararsız vəziyyətə salıblar.

“Poliqon” xəbər verir ki, jurnalistlərə açıqlama verən ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzinin sözlərinə görə, Kabil hava limanında 73 helikopter tərksilah edilib və ya yararsız hala salınıb.

ABŞ hərbiçiləri Əfqanıstanı tərk etməzdən əvvəl təkcə hərbi texnikaları deyil, həmçinin Kabil hava limanında quraşdırılmış raketdən müdafiə sistemini də yararsız hala salıblar.

Eyni aqibəti, gücləndirilmiş mina əleyhinə müdafiəsi olan 70 ədədə yaxın zirehli maşın və 27 ədəd Humvee ordu yolsuzluq avtomobili də yaşayıb.

“Bu sistemləri silahsızlaşdırdıq: bir daha istifadə edilməyəcək. Artıq heç kim bu texnikalardan istifadə edə bilməyəcək. Bizim üçün texnikanı qaytarmaqdansa, insanları çıxartmaq daha vacib idi”, deyərək K.Makkenzi bildirib.

Hava limanında quraşdırılan raket əleyhinə, artilleriya və minaatan sistemləri sona qədər işlək olmuş və yalnız son anda yararsız hala salındığı bildirilir.

Tərk edilmiş aviasiya vasitələri arasında bir neçə A-29B “Super Tucano” təyyarələri də var. Xatırladaq ki, 27 fevral 2013 -cü ildə ABŞ bu təyyarələrin Əfqanıstana tədarükü üçün “Sierra Nevada Corporation” korporasiyası ilə 427 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. 2020 -ci ilin sentyabr ayında Əfqanıstan 20 ədəd A-29B “Super Tucano” təyyarələrinin son partiyasını alıb.

“Taliban” yaraqlıları həmçinin Kabil hava limanında ABŞ Ordusunun tərk edilmiş CH-46 “Sea Knight” hərbi-nəqliyyat helikopterlərini də aşkar ediblər. Helikopterlər hava limanının anqarlarının birində tapılıb.

Daha əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu Twitter səhifəsində yazmışdı ki, ABŞ Əfqanıstanı tərk edərək orda 85 milyard ABŞ dolları dəyərində silah və hərbi texnika qoyub.

“Gələcək üçün … “Taliban” terrorçularına 85 milyard ABŞ dollarlıq hərbi texnika saxlanılıb. Bu o deməkdir ki, ABŞ-da 320 milyon insan yaşadığını nəzərə alınsa, hər bir amerikalı – kişi, qadın, uşaq terror işlərinə təxminən 265 ABŞ dolları töhfə vermişdir. Mükəmməl işdir, demokratlar!” – ismarıcını ABŞ Hesablama Palatasının konkret silah və texnikanın sayını göstərən cədvəli ilə müşayiət edən kiçik Tramp yazıb.

Bu cədvələ görə, amerikalılar Əfqanıstanda 22174 ədəd Humvee ordu yolsuzluq avtomobili, 634 ədəd M1117 zirehli transportyoru, 155 ədəd gücləndirilmiş mina mühafizəli MxxPro avtomobili, 169 ədəd M113 zirehli transportyoru, 42000 ədəd pikap və zirehli maşın, 64363 dəst pulemyot, 8000 ədəd hərbi yük maşını, 162042 dəst daşınan radiostansiya, 16035 dəst gecəgörmə cihazı, 358530 dəst avtomat, 126295 dəst tapança və 176 top saxlayıblar.

Bunlardan başqa, Əfqanıstanda 33 ədəd Mi-17 helikopteri, 33 ədəd “Black Hawk” helikopteri, 43 ədəd MD530 helikopteri, 4 ədəd C130 hərbi nəqliyyat təyyarəsi, 23 ədəd “Embraer-314” təyyarəsi, 28 ədəd “Cessna 208” təyyarəsi və 10 ədəd “Cessna AC 208” təyyarəsi qalıb.

ABŞ-ın keçmiş Prezidenti Donald Trumpın özü isə “85 milyard ABŞ dollarlıq bütün avadanlıqların ABŞ -a dərhal qaytarılmasını tələb etmək lazım olduğunu” söyləyib. “Geri qaytarılmasa, ya əhəmiyyətli hərbi güc nümayiş etdirərək (Əfqanıstana – red.) girməliyik, və onu götürməliyik, ya da heç olmasa cəhənnəmə bombalamalıyıq”, deyərək eks-prezident bildirib.

Ab3

ab4

ab5

ab6

ab7

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS