ABŞ HHQ E-7A havadan erkən xəbərdarlıq və nəzarət təyyarələri alır

ABŞ HHQ E-7A havadan erkən xəbərdarlıq və nəzarət təyyarələri alır

“Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) iki ədəd sürətli E-7A havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi (AEW&C – Airborne Early Warning and Control) tədarük edəcək.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 2.5 milyard ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqaviləyə E-7A təyyarələrinin tədarükü ilə yanaşı, onların xidmət dövrünü uzatmaq üçün təmir, texniki qulluq və logistika dəstəyinin göstərilməsi də daxildir.

Hazırda E-7 AEW&C təyyarələri Avstraliya, Türkiyə, Cənubi Koreya və Böyük Britaniya Hərbi Hava Qüvvələrinin aviasiya parkında yer almaqdadır.

CATEGORIES
TAGS