ABŞ HHQ əlavə LRASM raketləri sifariş edib

ABŞ HHQ əlavə LRASM raketləri sifariş edib

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) “Lockheed Martin” şirkətinə əlavə “Long Range Anti-Ship Missile” (LRASM) raketləri sifariş edib.

“Poliqon” ABŞ Müharibə Nazirliyinə istinadən xəbər verir ki, tərəflər arasında imzalanmış müqavilənin dəyəri 53 milyon dollar təşkil edir.

Müqavilə üzrə işlərin 2028-ci ilin noyabr ayınaq qədər tamamlanması planlaşdırılıb.

LRASM, suüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş uzun mənzilli gəmi əleyhinə raketdir. Raketin uçuş məsafəsi təxminən 1000 km, döyüş başlığının çəkisi isə 450 kq təşkil edir.

Raket əsasən ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin aviasiya vasitələri istifadə olunur. Onun əsas daşıyıcıları sırasında B-1B “Lancer” strateji bombardmançı təyyarəsi və F/A-18E/F “Super Hornet” qırıcıları yer alır.

Hazırda raketin F-35 “Lightning II” qırıcılarına inteqrasiyası istiqamətində də işlər aparılır.

CATEGORIES
TAGS