ABŞ HHQ universal hava nəqliyyatı axtarışındadır

ABŞ HHQ universal hava nəqliyyatı axtarışındadır

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) universal hava nəqliyyatı axtarır. Bu məqsədlə HHQ HSVTOL (High-Speed Vertical Takeoff and Landing) proqramı çərçivəsində gələcəyin uçan nəqliyyatının yaradılması üçün 35 perspektivli model seçib.

“Poliqon” xəbər verir ki, HSVTOL proqramını bir zamanlar qoşunların hərəkətliliyinə əhəmiyyətli dərəcədə təsir edən “Willys” yüksək keçidlikli minik avtomobilinin gəlişi ilə müqayisə edərək, onu silahlı qüvvələr üçün “uçan cip” tapmaq cəhdi adlandırır.

Qeyd edək ki, HSVTOL proqramının elan edilməsindən sonra HHQ-nə sənayedən 218 müraciət daxil olub və bunlardan 35 model sonrakı işlər üçün seçilib. Bu modellər arasında tam avtonom pilotsuz uçuş aparatları (PUA), bir nəfərlik modellər, həmçinin 12 sərnişini qəbul edə bilən yüksək sürətli helikopter analoqları var.

Xatırladaq ki, daha əvvəl, HSVTOL proqramı çərçivəsində “Bell Textron” şirkəti havaya şaquli vəziyyətdə qalxıb-enə bilən və saatda 740 km sürət yığan uçuş aparatları xəttini təqdim edib.

1 12

“Bell Textron” şirkətinin HSVTOL konsepsiyasının görüntüsü

2 9

“Jetoptera” şirkətindən gələcəyin cipi “Jetoptera J-2000”

3 8

“Advanced Tactics” şirkətinin “Advanced Tactics Barracuda” uçuş aparatı

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS