
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 175 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
Bu barədə “Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, bu, 2021-ci ilin avqust ayından indiyə kimi Ukrayna üçün ABŞ Ordusunun inventarından ayrılan 46-cı hərbi yardımdır.
175 milyon ABŞ dolları dəyərindəki hərbi yardım paketinə daxildir:
- Ukraynanın HHM sistemlərini dəstəkləmək üçün avadanlıq;
- HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
- 155 və 105 mm-lik artilleriya mərmiləri;
- 81 mm-lik minaatan sistemləri və mərmiləri;
- “Abrams” tankları üçün 120 mm-lik sursatlar;
- TOW tank əleyhinə raketlər;
- “Javelin” tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksləri;
- AT4 tank əleyhinə qumbaraatanlar;
- Atıcı silahlar üçün 3 milyondan çox sursat;
- Rabitə sistemləri və s.




