ABŞ HIMARS YARS-ların Niderlanda satışını təsdiqləyib

ABŞ HIMARS YARS-ların Niderlanda satışını təsdiqləyib

ABŞ hökuməti 670 milyon dollar dəyərindəki M142 HIMARS yaylım atəşli reaktiv sistemlərin (YARS) Niderlanda satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, bu sifarişə HIMARS YARS-lardan başqa lazımi təchizatların, sursatların və şassisi üzərinə quraşdırılacaq taktiki təkərli yük maşınların satın alınması, eləcə də təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Həmçinin, sifarişdə HIMARS-lardan əlavə 17 ədəd HMMWV nəqliyyat vasitəsinin tədarük edilməsi də nəzərdə tutulub.

M142 HIMARS-da şassi kimi 6×6 təkər formullu M1140 FMTV (Family of Medium Tactical Vehicles) taktiki yük avtomobilindən istifadə olunur. Buraxma qurğusu 6 ədəd M270 MLRS tipli reaktiv mərmilərin və ya 1 ədəd ATACMS tipli taktiki raketin buraxılmasını təmin edir. Atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 2-300 km arasında dəyişir. PrSM (Precision Strike Missile) yüksək dəqiqlikli raketlə atış məsafəsi 500 kilometr təşkil edir.

Poliqon.az

CATEGORIES
TAGS