ABŞ IBCS HHM sisteminin seriya istehsalına başlayacaq

ABŞ IBCS HHM sisteminin seriya istehsalına başlayacaq

ABŞ hava hücumundan müdafiə (HHM) qabiliyyətini artırmaq üçün IBCS HHM sisteminin tam miqyaslı seriya istehsalına 2023-cü ildə başlaya bilər.

“Poliqon” xəbər verir ki, inteqrasiya edilmiş HHM və Raket Əleyhinə Müdafiə (RƏM), Döyüş İdarəetmə Sistemi (IBCS – Integrated Air and Missile Defense Battle Command System) təxminən on ildir inkişaf etdirilir və silahlanmada olan “Patriot” zenit raket sistemini (ZRS) əvəz etmək üçün nəzərdə tutulub.

2016-cı ildə keçirilən sınaqların uğursuzluğundan sonra podratçılar bunu əhəmiyyətli dərəcədə dəyişdiriblər və sistem 2020-ci ildə öz effektivliyini göstərib.

“Raytheon” şirkəti gələn ilin əvvəlində son bağlanmış müqavilə üzrə LTAMDS radarlarını təhvil verməlidir. 2022-ci ilin sonunda HHM sisteminin son sınaqları keçiriləcək və 2023-cü ildən etibarən onun bəzi elementlərinin tam miqyaslı seriyalı istehsalına başlanacaq. Onlar üçün yeni tutucu raketlər və buraxma qurğuları daha sonra sifariş veriləcək.

IBCS, ABŞ Ordusunun gələcək HHM və RƏM sistemlərinin “beyni” olaraq inkişaf etdirilir. Sistem özündə yalnız “Patriot” ZRS-in əvəzinə yaradılan radar və buraxma qurğularını birləşdirməyəcək, həm də qırıcılar da daxil olmaqla bütün mümkün mənbələrdən məlumatları işləyən vahid HHM sisteminin əsasını təşkil edəcək.

abs 1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS