ABŞ-ın yeni nəsil uçan artilleriya batareyası döyüş lazeri ilə təchiz ediləcək

ABŞ-ın yeni nəsil uçan artilleriya batareyası döyüş lazeri ilə təchiz ediləcək

“Lockheed Martin” şirkəti ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) AC-130J “Ghostrider” təyyarəsi üçün ilk AHEL qurğusunu çatdırıb.

Bu barədə “Poliqon” “Lockheed Martin” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Lockheed Martin” şirkəti AHEL lazer sisteminin zavod sınaqlarının tam dövründən keçdiyini bildirib. Təyyarənin göyərtəsi də daxil olmaqla, döyüş lazeri son sınaq mərhələlərindən keçirilməkdən ötrü ABŞ HHQ-yə təhvil verilib.

Qeyd edək ki, “Lockheed Martin” şirkəti ABŞ Müdafiə Nazirliyinin lazer silahının yaradılması üzrə podratçılarından biridir. HEL (High Energy Laser) proqramı çərçivəsində müxtəlif növ daşıyıcılar üçün mobil qurğular yaradır.

Bildirək ki, “Lockheed Martin” şirkəti AHEL (Airborne High Energy Laser) döyüş lazerinin xüsusiyyətlərini açıqlamır, lakin məlumdur ki, döyüş lazerinin həm yerüstü (mobillər də daxil olmaqla), həm də hava hədəflərinə qarşı istifadə edilməsi planlaşdırılır. Proqramın rəsmi saytında AC-130J təyyarəsi ilə lazerdən istifadə edərək raketlərin məhv edilməsi və avtomobilin dayandırılması nümayiş etdirilir.

AC-130J “Ghostrider” təyyarəsi C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsinə əsaslanan uçan artilleriya batareyasının yeni versiyasıdır. İstehsalçı tərəfindən lazer qurğusunun heyətə hədəfləri görünməz lazer şüası ilə səssizcə məhv etməyə imkan verəcəyi planlaşdırılır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS