
ABŞ İrlandiyaya “Javelin” raketlərinin satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti 46 milyon dollar dəyərindəki “Javelin” tank əleyhinə raketlərinin İrlandiyaya satışını təsdiq edib.
Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.
Bildirilib ki, sifarişə 44 ədəd “Javelin” FGM-148 raketinin, 36 ədəd yüngül komanda başlatma qurğusunun (LwCLU) və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişin baş podratçısı rolunda ABŞ-ın “RTX Corporation” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan “Javelin JV” çıxış edəcək.