ABŞ Küveytin F/A-18 qırıcılarına texniki xidmət göstərəcək

ABŞ Küveytin F/A-18 qırıcılarına texniki xidmət göstərəcək

ABŞ Küveytin F/A-18 döyüş təyyarələrinə texniki xidmət və logistika dəstəyi göstərəcək.

“Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verir ki, Küveyt HHQ-nin 1.8 milyard dollar dəyərində olan bu tələbi ABŞ hökuməti tərəfindən təsdiqlənib.

Sözügedən tələbə əsasən, Küveyt HHQ-nin F/A-18 C/D/E/F qırıcılarına təmir, texniki xidmət, ehtiyyat hissə, mühəndislik və logistika dəstəyi göstəriləcək. Bundan başqa, döyüş təyyarələrinin gövdəsi, F404/F414 mühərrikləri, avionika sistemləri və yerüstü dəstək avadanlıqları əldən keçiriləcək.

ABŞ-ın “Boeing”, “L3 Technologies”, “Sigmatech”, “Lockheed Martin” və digər şirkətləri texniki xidmət ilə logistika dəstəyinin yerinə yetirilməsində əsas podratçı rolunda çıxış edəcək.

Poliqon.az

CATEGORIES
TAGS