ABŞ Litvaya tank əleyhinə qumabaraatanlar bağışlayıb

ABŞ Litvaya tank əleyhinə qumabaraatanlar bağışlayıb

ABŞ Litva Silahlı Qüvvələrinə ümumi dəyəri 10 milyon ABŞ dolları olan M72 LAW (Light Assault Weapon) yüngül tank əleyhinə qumbaraatanları bağışlayıb.

Bu barədə “Poliqon” Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Müdafiə Nazirliyi tərəfindən təhvil alınan M72 LAW tank əleyhinə qumbaraatanlarının Litva Milli Müdafiə Könüllü Qüvvələrinin (KASP) istismarına veriləcəyi bildirilib.

Qeyd edək ki, çəkisi 5 kq olan və asan daşınabilən M72 qumbaraatanı 1960-cı illərdə ABŞ-ın “Talley Defense Systems” şirkəti tərəfindən istehsal edilib.

Poliqon.az

CATEGORIES
TAGS