ABŞ Misirə hərbi təyyarələr və radar sistemləri satır
ABŞ Dövlət Departamenti Xarici Hərbi Satış proqramı çərçivəsində Misirə hərbi nəqliyyat təyyarələri və radar sistemlərinin satışına dair müqaviləni təsdiq edib.
“Poliqon” xəbər verir ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) yaydığı məlumatda müqavilənin dəyərinin 2,5 milyard ABŞ dolları təşkil etdiyi bildirilib.
Müqaviləyə əsasən Misir hərbi nəqliyyat təyyarələrinin alınmasına 2,2 milyard, radar sistemləri üçün 350 milyon ABŞ dolları ödəyəcək.
Bunu müqabilində ABŞ Misir Silahlı Qüvvələrinə 12 ədəd “Lockheed Martin” şirkətinin istehsalı olan C-130 “Super Hercules” hərbi nəqliyyat təyyarəsi və 3 ədəd hava hücumundan müdafiə məqsədli AN/SPS-48 tipli yerüstü radar sistemi tədarük edəcək.
CATEGORIES Xəbərlər
TAGS ABŞAN/SPS-48C-130 “Super Hercules”DSCAhərbi nəqliyyat təyyarəsiLockheed MartinMisirradar sistemi