ABŞ NASAMS ZRK-lər üçün Ukraynaya əlavə raketlər verəcək

ABŞ NASAMS ZRK-lər üçün Ukraynaya əlavə raketlər verəcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 325 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

Bu barədə “Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, yeni hərbi yardım paketi həm Ukrayna Silahlı Qüvvələrini döyüş meydanında gücləndirəcək, həm də ölkənin hava hücumundan müdafiə bacarıqlarını artırmağa imkan verəcək.

Hərbi yardım paketinə daxildir:

  • NASAMS zenit-raket kompleksləri (ZRK) üçün əlavə raketlər;
  • “Stinger” daşınabilən zenit-raket kompleksi;
  • HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
  • 155 mm-lik və 105 mm-lik əlavə artilleriya mərmiləri;
  • 10 ədəd “Bradley” zirehli döyüş maşını;
  • 10 ədəd “Stryker” zirehli transportyoru;
  • “Javelin” tank əleyhinə idarəolunan raket kompleksləri (TƏİRK);
  • TOW tank əleyhinə raketlər;
  • AT4 tank əleyhinə qumbaraatanlar;
  • Atıcı silahlar üçün sursat və əl qumbarası;
  • Təhlükəsiz rabitə dəstəyi üçün avadanlıqlar;
  • Ehtiyat hissələr və digər sahə avadanlıqları.

Poliqon.az

CATEGORIES
TAGS