ABŞ Ordusu 1 milyard dollarlıq “Javelin” TƏİRK alır

ABŞ Ordusu 1 milyard dollarlıq “Javelin” TƏİRK alır

ABŞ Ordusu “Raytheon” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan “Javelin JV”dən əlavə “Javelin” tank əleyhinə idarəolunan raket kompleksləri (TƏİRK) alır.

“Poliqon” xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Javelin” TƏİRK-lərin alınması üçün ABŞ Ordusu və “Javelin JV” birgə müəssisəsi arasında 1 milyard dollar dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, müəssisə tərəfindən “Javelin” TƏİRK-lərin istehsalı və ABŞ Ordusuna çatdırılması ilə bağlı işlərin 2027-ci ilin may ayında qədər tamamlanması planlaşdırılıb.

“Javelin” TƏİRK ABŞ-ın “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən istehsal olunan üçüncü nəsil daşınan tank əleyhinə raket kompleksidir. “Javelin” 1990-cı ildən ABŞ və bir sıra digər ölkələrin silahlanmasında olan “atdın və unutdun” prinsipi ilə işləyən komplekslər sinfinə aiddir.

FGM-148 “Javelin” TƏİRK raketi termal özütuşlama başlığına malikdir. Ona görə də raket kompleksinin operatoru buraxılışdan sonra hədəfə yaxınlaşma zamanı raketin uçuşunu izləmir və tənzimləmir.

“Javelin” kompleksi əsasən yerüstü zirehli texnikaların və aşağı hündürlükdə uçan hava hədəflərinin (helikopterlər, PUA-lar) məhv edilməsi üçün təyin edilib.

Poliqon.az

CATEGORIES
TAGS