QuruXəbərlər

ABŞ Ordusu 2034-cü ilə qədər 133 min ədəd GMLRS raketi tələb edir

ABŞ Ordusu raket ehtiyatlarını artırmaq məqsədilə 2034-cü ilə qədər 133014 ədəd GMLRS raketinin istehsalını nəzərdə tutan plan hazırlayıb.

“Poliqon” “Defense News” nəşrinə istinadən xəbər verir ki, plana əsasən, 2028-2034-cü illər ərzində hər il 19002 ədəd raketin istehsal olunacaq və ilk tədarüklər 2030-cu ilin fevralında başlayacaq.

Hazırda GMLRS raketlərinin əsas istehsalçısı olan “Lockheed Martin” şirkəti ildə 14 min ədəd raket istehsal etmək üçün gücünü artırır. ABŞ Ordusunun yeni planı isə bu göstəricidən təxminən 36 faiz daha yüksək istehsal gücü tələb edir.

GMLRS raketləri M270 MLRS və M142 HIMARS yaylım atəşli reaktiv sistemlərindən (YARS) buraxılır. Raketin baza versiyasının mənzili 70 kilometr, artırılmış mənzilli ER variantının isə 150 kilometrədəkdir.

ABŞ-ın GMLRS ehtiyatları Ukraynaya tədarüklər və İranla uzunmüddətli münaqişə fonunda azalıb. Ehtiyatların bərpasını isə raket mühərriklərinin çatışmazlığı çətinləşdirir.

Back to top button