ABŞ Ordusu “Bradley” PDM-nin əvəz etmək üçün namizədləri seçib

ABŞ Ordusu “Bradley” PDM-nin əvəz etmək üçün namizədləri seçib

ABŞ Ordusu “Bradley” piyadanın döyüş maşınını (PDM) əvəz etmək üçün layihələrin hazırlanmasından ötrü OMFV (Optionally Manned Fighting Vehicle) proqramı üzrə namizədləri seçib.

“Poliqon” xəbər verir ki, bu barədə “Defence News” portalı xəbər verib.

Artıq “Point Blank Enterprises”, “Oshkosh Defense”, “BAE Systems”, “General Dynamics Land Systems” və American Rheinmetall Vehicles” şirkətləri ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə ümumi dəyəri 299,4 milyon ABŞ dolları olan müqavilələr imzalayıb.

OMFV proqramının icrası ilə əlaqədar olaraq, Cənubi Koreyanın “Hanwha Defence” şirkəti ABŞ-ın qabaqcıl müdafiə şirkətlərindən biri olan “Oshkosh Defence” ilə ABŞ Ordusunun yeni nəsil döyüş maşınları proqramının rəqəmsal layihələndirilməsi mərhələsi üçün eksklüziv birləşmə müqaviləsi imzalayıb.

Qeyd edək ki, “Rheinmetall” şirkətinin təklifinə “Raytheon Technologies”, “Textron” və “L3Harris Technologies” şirkətlərinin həlləri daxildir.

Burada vurğulamaq yerinə düşər ki, mərkəzi ofisi Mayamidə yerləşən “Point Blank” şirkəti kiçik biznes nümayəndəsi olduğu üçün müsabiqəyə qatılanların ümumi siyahısından seçilən yeganə şirkətdir.

Əldə edilmiş razılaşmalara əsasən, gələcək əməkdaşlığın həyata keçirilməsinin həlli yolunu seçmək və qiymətləndirmək üçün növbəti 15 ay ərzində komandalar ilkin konsepsiyalarını ABŞ Ordusuna təqdim edəcəklər. Konsepsiya mərhələsindən sonra 2023-2024-cü maliyyə illərində orduda detallı layihələndirməyə keçid mərhələsi olacaq.

2025-ci maliyyə ilində prototiplər yaradılacaq və npvbəti 2026-cı ildə sınaqlar baş tutacaq. 2027-ci ilin dördüncü rübündə “Bradley” PDM-nin əvəz edilməsi barədə qərar veriləcək.

ABŞ Müdafiə Nazirliyi OMFV proqramı üzrə layihələndirmə və sınaq işlərinə 2022-2026 maliyyə illəri ərzində 4,6 milyard ABŞ dolları məbləğində maliyyə vəsaiti xərcləməyi planlaşdırır. Tam miqyaslı istehsal isə mövcud planlara əsasən 2030-cu ilin ikinci rübündə başlayacaq.

Xatırladaq ki, təxminən bir il yarım bundan əvvəl, ABŞ Ordusu “Bradley” PDM-in əvəz edilməsi üçün bir müsabiqə keçirmək istiqamətində ilk cəhdini edib, yerinə yetirilmiş sınaqlar nəticəsində 2019-cu ilin oktyabr ayına qədər təyin edilmiş tarixə yalnız bir nümunə əldə olunub.

Yalnız digər rəqib, “Rheinmetall” və “Raytheon” şirkətlərinin birgə istehsalı olan KF41 “Lynx” PDM-i vaxtında “Aberdeen” poliqonuna gətirilmədiyi üçün diskvalifikasiya edilib.

ABŞ ordusu OMFV proqramı çərçivəsində keçirilən yarışmada bir modellə işləməməyə qərar verib və gələcək razılaşma üçün böyük rəqabəti təşviq edən daha çevik cədvəl təqdim edib.

224599999 362329908725627 7381615236897340824 n

KF41 “Lynx” piyadanın döyüş maşını (Almaniya, “Rheinmetall AG” şirkəti)

225611911 362328485392436 4085612086947108607 n

“Bradley” M2A4 piyadanın döyüş maşını (ABŞ, “BAE Systems plc” şirkəti)

224579358 362328628725755 1828157664569317857 n

AS21”Redback” piyadanln döyüş maşını (Cənubi Koreya, “Hanwha Defense” şirkəti)

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS