ABŞ Ordusu “Carl-Gustaf” qumbaraatanı üçün sursat sifariş edib

ABŞ Ordusu “Carl-Gustaf” qumbaraatanı üçün sursat sifariş edib

ABŞ Ordusu İsveçin “Saab” şirkətinin “Carl-Gustaf” qumbaraatanları üçün 75 milyon ABŞ dolları dəyərində sursat sifariş edib.

“Poliqon” xəbər verir ki, bu barədə “Shepard News” nəşri xəbər verib.

Şirkət müddətsiz çatdırılma və miqdarı müəyyən edilməyən Çərçivə müqaviləsi çərçivəsində ABŞ Ordusunun 84 mm-lik “Carl-Gustaf” qumbaraatanları üçün sursat tədarükü barədə sifariş alıb. Sifarişdə ABŞ Dəniz Piyadaları Korpusu üçün də tədarük nəzərdə tutulub.

“Saab” şirkəti, “Carl-Gustaf” çoxməqsədli qumbaraatanlarının universal olduğunu vurğulayan tank əleyhinə, qəlpəli-fuqas, tüstüləyici və işıqlandırıcı qumbaralar daxil olmaqla yeddi müxtəlif növ sursat tədarük edəcək. Döyüş sursatlarının tədarükünə 2022-ci ildə başlanacaq.

Qeyd edək ki, ABŞ Ordusunda “Carl-Gustaf” qumbaraatanları 1990-cı ildən bəri istifadə olunur və 2018-ci ildə onun son versiyası – “Carl-Gustaf M4” qumbaraatanı sifariş edilib. “Carl-Gustaf” qumbaraatanı ABŞ-da MAAWS olaraq işarələnib və ABŞ Ordusunda uzunmüddətli və sübut edilmiş reputasiyaya sahibdir.

Xatırladaq ki, “Carl-Gustaf M4” tank əleyhinə əl qumbaraatanı, İsveçin “Saab” şirkətinin 84 mm-lik “Carl-Gustaf” qumbaraatanının dördüncü nəsilidir. M4 versiyası 2014-cü ilin oktyabr ayında ABŞ-ın Vaşinqton şəhərində keçirilən AUSA sərgisi zamanı təqdim edilib.

İstehsalçı, yeni M4 versiyasını əvvəlki M3 modelindən daha yüngül, daha yaxşı və daha sürətli olaraq xarakterizə edir. M4 versiyasının kütləsi 7 kq-dan və ölçüsü isə 1000 mm-dən azdır. Müqayisə üçün qeyd edək ki, M3 modelinin kütləsi 10 kq və uzunluğu 1065 mm-dir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS