ABŞ Ordusu “Excalibur” mərmilərinin yeni modifikasiyasını alacaq
ABŞ Müdafiə Nazirliyi yerli “Raytheon Missiles & Defense” şirkəti ilə 155 mm-lik “Excalibur” artilleriya mərmilərinin modifikasiyası üçün müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, tədarük ediləcək mərmilərin sayı açıqlanmasa da, müqavilənin 66,2 milyon ABŞ dolları dəyərində qiymətləndirildiyi bildirilib.
Müqaviləyə əsasən, modifikasiyanın bir hissəsi olaraq, “Raytheon Increment 1B” konfiqurasiyasında yeni artilleriya mərmiləri də istehsal ediləcək.
ABŞ Ordusunun yeni nəsil artilleriyasının dəqiq döyüş sursatı kimi istifadə edilən 155 mm-lik “Excalibur” mərmiləri GPS sistemi tərəfindən idarə olunur. 35 km məsafəyə qədər atıla bilən “Excalibur” mərmiləri standart mərmilərə nisbətən dəqiqliyi və öldürücülüyü sayəsində artilleriya bölmələrində daha az mərmidən istifadə etməyə imkan verir.
Rizvan Fikrətoğlu