ABŞ Ordusu Stryker Oshkosh zirehli maşınlarının sifarişini artırır

ABŞ Ordusu Stryker Oshkosh zirehli maşınlarının sifarişini artırır

ABŞ Silahlı Qüvvələri “Oshkosh Defence” şirkətindən əlavə Stryker zirehli maşınları alacaq. Onların baza variantından əsas fərqi isə 30 mm avtomatik topun olmasıdır.

“Poliqon” ABŞ mediasına istinadən xəbər verir ki, orta çaplı silah sistemi (MCWS – Medium Caliber Weapon System) ilə Double V-Hull A1 Stryker piyada nəqliyyat vasitələrini təkmilləşdirilməsi üçün keçirilən yarışmanın nəticəsi olaraq “Oshkosh Defence” şirkəti 2021-ci ilin iyun ayında qalib elan edilib.

Yarışmada “Leonardo DRS-Moog” və “General Dynamics Land Systems-Kongsberg” komandaları da iştirak edib.

“Oshkosh Defence” şirkəti yarışmanı qazandıqdan sonra, ABŞ Ordusu şirkətə ümumi dəyəri təxminən 130 milyon ABŞ dolları olan 91 ədəd zirehli döyüş maşını üçün ilk sifarişini verib. Ümumilikdə, ordu MCWS versiyalı Stryker zirehli maşınları ilə təchiz edilmiş 6 briqada yaratmağı planlaşdırır. Buna görə də 500-dən artıq maşının tədarükü barədə potensial müqavilə dəyəri altı il üçün təxminən 942 milyon ABŞ dollar olaraq qiymətləndirilir və müqavilə tam şəkildə 2027-ci ilə qədər icra ediləcək.

MCWS silah sistemli Stryker maşınları, 2016-cı ildən bəri silahlanmada yer alan və insansız qülləli Stryker Dragoon zirehli maşınlarını əvəz edəcək.

Yenilənmiş MCWS Strykers zirehli maşınlarını alan ilk bölmə isə, 83 ədəd döyüş maşını ilə silahlanacaq Vaşinqton ştatındakı Luis McCord birləşmiş bazasından I-2 Stryker briqadasının döyüş qrupu olaacq. Döyüş maşınları 2023-cü ilin dekabrına qədər istismara daxil ediləcək.

ABŞ Ordusu altı Stryker briqadasından üçünün zirehli maşınlarını 30 mm-lik avtomatik topla təchiz etmək qərarına gəlib. Bu qərar, Ordu Şurası tərəfindən ABŞ Ordusunun 2-ci süvari alayı tərəfindən Avropada istifadə edilən döyüş maşınlarının xassələrinin tələblərə uyğunluğuna nəzarət həyata keçirildikdən sonra qəbul edilib. Pentaqon, gələcək Stryker briqadalarının əsasını təşkil edəcək yeni MCWS imkanlarını DVH ICVVA1-ə tətbiq etməyi tapşırıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS