ABŞ Ordusu yenilənmiş “Bradley” PDM ilə silahlanıb

ABŞ Ordusu yenilənmiş “Bradley” PDM ilə silahlanıb

ABŞ Ordusunun 3-cü piyada diviziyasının 2-ci zirehli briqadası “Bradley” PDM-in M2A4 modifikasiyasının ilk partiyasını qəbul edib.

“Poliqon” xəbər verir ki, “Bradley M2A4” PDM 2020-ci ildən bəri 1-ci süvari diviziyasının 3-cü süvari alayının Texas ştatında yerləşən Fort-Hud hərbi bazasında sınaqdan keçirilir.

ABŞ Ordusunu yeni PDM ilə təchiz edən “BAE Systems” şirkəti onun son versiyasının “dünyanın ən yaxşı piyada döyüş maşını” olduğunu bildirib.

“Bradley M2A4” PDM əvvəlki versiyalarından əsaslı şəkildə fərqlənir. Belə ki, yeni tırtılların və asqıların istifadəsi sayəsində maşının keçidlik qabiliyyəti təkmilləşdirilib, bu da yer klirensini 38-dən 51 sm-ə çatdırıb. Bundan başqa, maşının artan kütləsi səbəbindən yeni bir asqı tətbiq edilib. Bu da ondan irəli gəlir ki, “Bradley M2A4” PDM ştat olaraq raketlərin və digər reaktiv mərmilərin zirehdən uzaqda tutulmasını təmin edən “Iron Fist Light Decoupled” (IFLD) aktiv müdafiə sistemi ilə təchiz edilib.

PDM-in ştat silahlanması əvvəki kimi qalıb: 25 mm-lik avtomatik top, onunla qoşalaşdırılmış 7,62 mm-lik pulemyot və TOW raketləri. Bütün bunları isə yeni elektron döyüş sistemi idarə edir. Bunlardan başqa, heyətin şərait məlumatlılığı əhəmiyyətli dərəcədə genişləndirilib, maşının bütün elektron sistemləri tamamilə dəyişdirilib, ən son rabitə və məlumat mübadiləsi sistemləri quraşdırılıb.

m1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS