ABŞ Polşaya HIMARS YARS-ların satışını təsdiqləyib

ABŞ Polşaya HIMARS YARS-ların satışını təsdiqləyib

ABŞ hökuməti Polşaya Silahlı Qüvvələrinə 500 ədəd HIMARS (High Mobility Artillery Rocket System) yaylım atəşli reaktiv sistemin (YARS) satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bununla bağlı Polşanın müdafiə naziri Mariuş Blaşçak özünün rəsmi “Twitter” hesabında paylaşım edib.

M.Blaşçak HIMARS YARS-lar üçün ABŞ-dan lazım olan sursatların alınacağını və bu məsələ ilə əlaqədar qiymət danışıqlarına başladıqlarını bildirib.

O, qeyd edib ki, satın alınacaq sistemlər Polşa istehsalı olan yük maşınlarının şassisi üzərinə quraşdırılacaq.

M142 HIMARS YARS-ın buraxma qurğusu 1996-2000-ci illərdə ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən layihələndirilib, 2003-cü ildən etibarən “Lockheed Martin” və Böyük Britaniyanın “BAE Sysyems” şirkətləri tərəfindən istehsal olunur.

Bu qurğu 6 ədəd MLRS (M270 Multiple Launch Rocket System) tipli reaktiv mərminin və ya 1 ədəd ATACMS tipli taktiki raketin buraxılmasını təmin edir. Atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 2-300 km arasında dəyişir. PrSM (Precision Strike Missile) yüksək dəqiqlikli raketlə atış məsafəsi 500 kilometr təşkil edir.

Xatırladaq ki, Polşa Müdafiə Nazirliyi 500 ədəd HIMARS YARS-ın satınalınması ilə bağlı sorğunu ABŞ hökumətinə ötən ilin may ayında göndərib.

Poliqon.az

CATEGORIES
TAGS