
ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcılarının və 300 ədəd tankın satışını təsdiqlədi
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına böyük həcmli müdafiə satış paketini təsdiqləyib.
“Poliqon” xəbər verir ki, bu, Ağ Evin yaydığı məlumatda öz əksini tapıb.
Məlumatda bildirilib ki, paketə F-35 döyüş təyyarələrinin və ABŞ istehsalı olan təxminən 300 ədəd tankın tədarükü daxildir.
Ağ Evin açıqlamasına görə, bu addım ABŞ müdafiə sənayesinin gücləndirilməsinə xidmət edir və Səudiyyə Ərəbistanının ABŞ hərbi məhsullarına olan etibarını bir daha göstərir.
Qeyd olunub ki, sözügedən satışlar iki ölkə arasında müdafiə əməkdaşlığının dərinləşməsinə və regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.


